4 İyun 2021 14:22
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlkin olaraq Ağdam şəhərində minaların təmizlənməsinə başlanılıb. Artıq böyük bir ərazi minalardan təmizlənib. Hazırda bu işlər davam etdirilir”.

Bu fikiləri Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi prosesi Ağdam şəhərində quruculuq və bərpa işlərinə mane olmayacaq: “Biz bu işləri tam sürətlə həyata keçiririk”.

“44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib”.

O xatırladıb ki, artıq Prezidentin rəhbrəliyi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb:

“Qərargah müvafiq qurumlarla birlikdə bu ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirirlər. Bu yaxınlarda Prezidentin İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdam rayonunun işğaldan azad olunmuş hissəsi üzrə, o cümlədən Ağdam şəhəri daxil olmaqla Prezidentin xüsusi nümayəndəliyi təsis olunub. İlkin olaraq Ağdam şəhərinin baş planının təqdimatı keçirilib. Artıq dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər