Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə Hindistanda yayılan COVID-19 virusunun “delta” variantının dünya miqyasında dominant növə çevrildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “delta”nın İngiltərədə ilk dəfə yayılan “alfa” variantından yoluxucu olduğu aşkarlanıb.
Araşdırmada yeni yoluxmaların 99 faizinin “delta” variantı olduğu təsdiqlənib.
İngiltərə Səhiyyə Agentliyi “delta” variantının ev şəraitində 65 faiz daha yoluxucu olduğunu və gənclər arasında daha çox rastlandığını açıqlayıb.
Peyvəndlərin yeni variantlara qarşı effektivliyini müəyyənləşdirmək üçün daha çox məlumatlara ehtiyac olduğu bildirilir.