23 İyul 2021 15:42
2 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron regiona səfəri çərçivəsində Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Conatan Lakot açıqlama verib.

Səfir Makronnun İrəvanla yanaşı, Bakı və Tiflisə də səfər etməyi planlaşdırdığını bildirib.

Diplomat səfərin dəqiq tarixinin məlum olmadığını söyləyib:

“Bu səfərin dəqiq nə vaxta planlaşdırıldığını soruşursunuzsa, faydalı olacağı zaman baş tutacağını deyə bilərəm. Faydalı məqam budur ki, bu, bölgədəki siyasi prosesi inkişaf etdirməyə, Ermənistan və Azərbaycana problemli məsələlərin həllində irəliləməyə kömək edəcək. Beləliklə, səfərin tarixləri və parametrləri buna uyğun müəyyənləşdiriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər