Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB-yə üzv ölkələrin Əmək, miqrasiya və sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXVII iclasında iştirak etmək üçün Qazaxıstana gedib.
Bu haqda Milli Məclisdən bildiriblər. Qeyd edilib ki, Astana şəhərində keçirilən toplantıda MDB-yə üzv olan ölkələrdə əlillərin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ünvanlı sosial yardımların verilməsi sahəsində şəffaflığın qorunması, quruma üzv ölkələrdə qaçqınlarla bağlı problemlərin həlli məsələləri müzakirə ediləcək.
Tədbirdə Arif Rəhimzadənin “MDB-yə üzv olan ölkələrdə sosial qanunvericilik bazasının gücləndirilməsi” mövzusunda çıxışı nəzərdə tutulub.
Nemət