28 İyul 2021 16:03
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror çıxışının əvvəlində Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında şəhid olan hərbi qulluqçularımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslər cinayət törətməsindən 30 il vaxt keçsə də, mötəbər sübutlarla onların cinayət əməlləri sübuta yetirilib.

Prokuror Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Prokuror deyib ki, təqsirləndirilən şəxslərin cəzasının 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən olunsun.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər