Türkiyənin Dənizli bölgəsində iki yanğının meydana gəlməsi ilə bağlı Azərbaycandan gəlmiş ikinci yanğınsöndürmə qrupunun bir hissəsi dərhal orada yanğınsöndürmə əməliyyatlarına qoşulub.
Teleqraf.com-un Türkiyəyə ezam olunmuş əməkdaşı Turan Rzayevin məlumatına görə, bu barədə Marmarisdə olan Azərbaycan Respublikası Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, digər qüvvələr hazırda Marmarisdədir və ilkin dəyərləndirmədən sonra yanğınsöndürmə əməliyyatlarına qatılacaq.