14 Avqust 2021 22:14
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda yeni növ koronavirus (COVID-19) epidemiyasında yoluxmaların artması və insan itkisi səbəbindən vacib olmayan iş yerləri 6 gün bağlanacaq.

Teleqraf.com-un xəbərinə görə, bu barədə İran Koronavirusla Mübarizə Milli Şurasının sözçüsü Ali Rıza Rəisi məlumat verib.

O qeyd edib ki, epidemiyanın artması səbəbindən 16-21 avqust tarixlərində tətil elan ediləcək.

Rəisi tətil günlərində məcburi iş yerləri istisna olmaqla, ticarət mərkəzlərinin, dövlət ofislərinin və bankların bağlanacağını da bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər