“Türkiyə ilə əməkdaşlıqda maraqlıyıq”.
Teleqraf.com xəbər verir ki, bunu Taliban sözçüsü Süheyl Şahin deyib.
“Dünyaya mesajımız budur ki, Əfqanıstanda bir hökumət qurulsun və bu hökumət dünyadakı nizama uyğunlaşsın. Regional olaraq hər kəslə həmrəy olacağıq. Pakistan, Əfqanıstan və ətrafımızdakılar üçün əsas hüquqları tanıyan hökumət qurmaq istəyirik. Hər kəsin ürəyi rahat olsun, biz heç kimə təhlükə yaratmırıq”, - Taliban sözçsüsü bildirib.
Süheyl Şahin Türkiyə və Əfqanıstan arasındakı əlaqələrin davam etməsini istədiklərini də diqqətə çatdırıb:
“Türkiyə bizim üçün qardaş ölkədir, İslam ölkəsidir. Qardaş ölkənin burada bizimlə olması çox xoşdur. Yaxşı münasibətlər qurmaq istəyirik. Maliyyə yardımı və ya əməkdaşlıq üçün Türkiyə ilə yaxın olmaq istərdik”.