Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var. Əgər kimsə xaricdə vaksinasiya olunubsa və sertifikatı varsa, bu nömrəyə müraciət etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, vətəndaş sənədlərini təqdim etdikdən sonra Səhiyyə Nazirliyi baxacaq: "Əgər sertifikat saxta deyilsə sistemə daxil ediləcək və həmin şəxsə COVID pasportu veriləcək"