15 Sentyabr 2021 17:44
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün çox vacib gündür. Bu gün qardaşlığımıza atılan ən vacib imza, ən vacib zəfər günüdür.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə deyib.

O bildirib ki, bu zəfər bizə qardaşlıq irsi yaratdı: "Mən inanıram ki, Heydər Əliyevin tək bir vəsiyyəti var idi - Qarabağın azad olması. Bu gün Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Qarabağ azaddır. İnşallah, qardaşlığımız çox illər yaşayacaq.

Azərbaycanın millət vəkili Qənirə Paşayeva gözəl bir fikir dedi: "Tarixini unudanın zəfəri olmaz". Bu gün torpaqları sulayan türk şəhid qanları var. Qafqazda uyuyan bütün türk-müsəlman qardaşlarımıza Allahdan rəhmət diləyirəm".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər