İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisin qonağı olacaq.
Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, H. Ruhaninin parlamentdə deputatlar qarşısında çıxış edəcəyi planlaşdırılır.
Qeyd edək ki, H. Ruhani Azərbaycana noyabrın 12-də səfər edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə 10 sənədin imzalanması gözlənilir.