15 Oktyabr 2021 21:13
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Teleqraf.com bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır:

“Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”.


Müəllif: Teleqraf.com