18 Oktyabr 2021 14:14
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb.

Teleqraf.com-a xəbər verir ki, açıq dinləmələr 2 gün davam edəcək.

COVID-19 pandemiyası səbəbindən dinləmələr videofarmatda keçirilir.

Beynəlxalq Ədalət Məhkəməsinin bəzi hakimləri Böyük ədalət zalında keçirilən dinləmələrdə şəxsən iştirak etsələr də, bəzi üzvlər, eləcə də tərəflərin nümayəndələri də şəxsən və videoəlaqə vasitəsilə prosesə qoşulublar.

Dinləmələr davam edir.

* * *

09:40

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Dinləmə yerli saatla 12.00-da bu səhifədən canlı yayımlanacaq.


Müəllif: Teleqraf.com