4 Noyabr 2021 17:16
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsrin ortasına qədər dünya öz enerji sistemini yenidən qurmalıdır. Tədricən təbii yanacaqdan kənarlaşmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Ruminiyanın keçmiş Baş naziri Petre Roman “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.

O bildirib ki, yeni enerji mənbələrinə keçid təmin olunmalıdır: "Günəş enerjisinə keçidi gücləndirməliyik. Bu proses nüvə enerjisindən yan ötüşə bilməz. Biz bu məsələnin təcili olmasını dərk etməliyik.

Bu gün enerji sisteminin yenilənməsi gündəmdədir. Eyni zamanda bu məsələyə ehtiyatla yanaşmalıyıq. Qarşımıza təhdidlər çıxa bilər. Bəşəriyyətin gələcək təhdidləri bizi mənəviyyatımızdan uzaqlaşdıracaq. Yeni qlobal iqtisadiyyat konkret, təcili emal olunmamış məlumatlara söykənə bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər