5 Noyabr 2021 20:05
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi şanlı qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib.

Bu barədə Teleqraf.com-a Komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ötən ilin payızında Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əks-həmlə döyüş əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaranıb. Sosial aksiyanın keçirilməsində məqsəd möhtəşəm Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiramımızı bildirməkdir.

Tədbirin digər iştirakçıları da Zəfər haqqında fikir və duyğularını ifadə ediblər.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar iştirak ediblər. Onlar yumruq formasında hazırlanmış stendin üzərinə yapışdırılan kiçik ölçülü standart kağız parçalarına Zəfər arzularını yazıblar. Sonda stendin üzərində Azərbaycan bayrağı fonunda “Dəmir yumruq” təsviri yaranıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər