15 Noyabr 2014 10:07
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yolda üfüqi nişanlanma (xətlənmə) işlərinin aparılması ilə əlaqədar bu axşam saat 22:00-dan etibarən Məmməd Araz küçəsində, gecə saat 24:00 saatdan etibarən isə Yusif Vəzir Çəmənzəminli küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Hər iki küçədə işlərin təxminən gecə saat 4:00 radələrində bitməsi planlaşdırılır.


Müəllif: