Pandemiya dövründə bəzi uşaqlar özlərini tənha hiss etdilər və bu onların psixoloji durumlarına təsirsiz ötüşmədi.
Teleqraf.com verir ki, bu sözləri UNİCEF-in Azərbaycan nümayəndəliyinin müavini xanım Min Yua V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü tədbirləri yüksək qiymətləndirir: “Bu gün uşaqlar 2030-cu ilə dair planlardakı insan kapitalını təşkil edir. Uşaqlara yatırılan sərmayə Azərbaycanın gələcəyinə yatırılan sərmayədir.
Bütün dünya COVID-19 infeksiyasına qarşı mübarizəni davam etdirir. UNİCEF uşaqların sağlam gələcəyini, onlaın müdafiəsinin həm Azəbaycanda, həm də dünyada davam etdirilməsi üçün çalışır. Bütün dünyada, eləcə də Azərbaycanda birgə fəaliyyət istiqamətlərində uşaqlara dəstək ola bilərik”.