18 Noyabr 2021 13:05
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətdə gedən inkişaf, əldə olunan nailiyyətlər, qarşımıza çıxan problemlər özü ilə həm yeniliklər, həm də yeni problemlər gətirir. O problemlər həm dövlət, həm cəmiyyət, həm də ailə həyatına müsbət və mənfi təsir göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, dövlətin əsas məqsədi bütün uşaqlar, gələcəyi təmin edən gənc nəsillər üçün onların inkişafı, keyfiyyətli təhsil alması, sağlamlığı, hər cür xidmətlərə əlçatanlığını təmin edən qanunverici əsaslar yaradıb, effektiv icra mexanizmləri formalaşdırmaqdır: "Bu, dövlətin vəzifəsidir. Amma valideynin, ailənin rolu burada xüsusi əhəmiyyətlidir. Hər bir fərd sosial mühit üçün ailədə formalaşır.

Əldə olunan yeniliklər həyata baxış ailədə formalaşır. İnsanlarla davranış, cəmiyyətə çıxış zamanı necə davranmaq, hansı hədəfləri qarşıya qoymaq, prioritetlər, bununla bağlı müvafiq qərarların qəbulunda ailənin təsiri çoxdur.

Uşaqlar bu parametrlərə cavab verib, şəxsiyyət kimi formalaşmaq üçün ilk dəstəyi ailədən almalıdır. Ailə daxiliində elə hallar baş verməməlidir ki, uşaqlar orada özlərini narahat, təhlükəli hiss etsinlər. Belə hallar cəmiyyətdə var.

Bəzən ailənin özü qorumalı olduğu uşaq üçün böyük problemlər yaradır. Onun formalaşması üçün valideynin iqtisadi və mənəvi borcları var. Müvafiq qanunlar var və dövlət bu qanunları qəbul edərək uşağın erkən yaşdan formalaşması üçün ailə məsuliyyəti dərk etməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər