17 Noyabr 2014 14:16
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hava mövqelərini pozan Ermənistana məxsus helikopter nəticəsində cəbhə xəttində yaranmış bu gərginlik "informasiya müharibəsi"ndə də özünü büruzə verib.

Teleqraf.com xəbər verir ki, Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssislərinin apardığı monitorinq nəticəsində məlum olub ki, Azərbaycan web resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır və bunun sayı kəskin şəkildə artmaqdadır.

Mərkəzin "Kaspersky laboratoriyası”ndan əldə etdiyi məlumata əsasən, səhər saat 10:00-dan 11:30-a qədər kiberhücumlara məruz qalan 200-dən çox ölkə içərisində Azərbaycan hazırda 58-ci yerdən 43-cü sıradadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud şərait nəzərə alınaraq, yerli informasiya resursların sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsini tövsiyə edir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər