8 Dekabr 2021 18:36
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə federasiyanın üzvlərinə təşəkkür edirəm. Göstərilən etimada görə və güləş ailəsinin üzvü olmaqdan şərəf duyuram.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, güləş Azərbaycan xalqının canında və qanında olan idman növüdür: "Bizim güləşdə Avropa, dünya və olimliya çempuonlarımız var. Hər idman növündə uğurlar daha da çox ola bilər. İcraiyyə Komitəsinin üzvləri, məşqçilər və mütəxəssislərlə birlikdə bu idman növünün kütləviliyinin artırılmasına çalışacağıq".

M.Cabbarovun sözlərinə görə, digər hədəf idman nailiyyətlərinin əldə olunmasıdır: "Azərbaycanda güləşə olan diqqət və qayğı göz qabağındadır. Üzərimə düşən məsuliyyəti dərk edərək, qeyd etdiyim mütəxəssislərlə əl-ələ verərək Azərbaycan güləşinin uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər