8 Dekabr 2021 20:43
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən - Horadiz dəmir yolunun açılması imkanlarını müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hökumət saatında Baş nazirin müavini Mher Qriqoryan deyib.

"Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış formalaşıb. Danışıqlarımız Arazdəyən-Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, Yeraşxdan İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, - deyə Qriqoryan qeyd edib.

Qeyd edək ki, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər