24 Dekabr 2021 14:52
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP qrupunun baş icraçı direktoru Bernard Luni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Altmış illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Mən, həmçinin Sizi, ailənizi və bütün Azərbaycan xalqını Dünya Azərbaycanlarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, Yeni ildə xoşbəxtlik arzulayıram. Bilirəm ki, Sizin uğurlu rəhbərliyiniz sayəsində 2022-ci il Azərbaycan üçün daha böyük nailiyyətlərlə yadda qalacaq.

Bu ilin noyabr ayında Bakıya səfərim zamanı Sizinlə görüşdüyümə görə sevindim. Mən BP-nin Azərbaycan və regionla həm hazırda davam edən əməliyyatlar, həm də bərpa olunan enerji mənbələri daxil olmaqla yeni imkanlarla bağlı əməkdaşlığına sadiqliyini bir daha təsdiq edirəm. BP-nin bütün kollektivi Azərbaycan və SOCAR ilə tərəfdaşlığı yüksək qiymətləndirir. Biz bu vacib əməkdaşlığı gələcəkdə də davam etdirməyə ümidvarıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər