14 Yanvar 2022 22:13
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

Teleqraf.com xəbər verir ki, Zelenski bununla bağlı sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.


Müəllif: Teleqraf.com