19 Yanvar 2022 15:33
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Drian, yaxud Dryan da çox yaxşı bilir ki, Fransa prezidentliyinə bu ölkənin respublikaçılar partiyasından namizəd Valeri Pekressin Azərbaycan ərazilərinə rəsmi Bakının razılığını almadan səfər etməsi qanunsuzdur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə səsləndirdiyi qeyri-etik açıqlamlara münasibət bildirib:

“Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın bu ölkənin Milli Assambleyasında səsləndirdiyi fikirlər diplomatik tərbiyəsizlikdir. Görünür, nazir diplomatik etikanın sərhədlərini aşarkən soyadının erməni dilində səslənişini (Dryan) əsas götürüb, yaxud ağzından bu sözün rus dilindəki (dryan-yararsız) anlamına uyğun ifadələr tökməyi öz statusuna uyğun sayıb.

Əslində, Drian, yaxud Dryan da çox yaxşı bilir ki, Fransa prezidentliyinə bu ölkənin respublikaçılar partiyasından namizəd Valeri Pekressin Azərbaycan ərazilərinə rəsmi Bakının razılığını almadan səfər etməsi qanunsuzdur. Çünki Fransada pasport nəzarəti rejiminin və miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin müəlliflərindən biri də odur. Məhz onun həmmüəllifi olduğu qanun layihəsində, Fransa tarixində ilk dəfə olaraq ölkə sərhədlərinin qanunsuz şəkildə keçilməsinə görə bir il müddətində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Belə olduğu təqdirdə, cənab Dryanın Azərbaycan ərazilərinə qanunsuz səfər edən Valeri Pekressin və onun ən azı özü qədər simasız partiyadaşının əməllərini tənqid etmək əvəzinə, forma, məzmun və mahiyyət etibarilə qəbuledilməz fikirlər səsləndirməsi, Fransanın xarici siyasət idarəsinin rəhbərinin həm də riyakarlığından xəbər verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər