21 Noyabr 2014 10:15
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İrana səfərinin proqramı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İran İslam Respublikasına səfərə yola düşür.

Səfərdə məqsəd 23-24 noyabr 2014-cü il tarixlərində İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək

Bəxtiyar.


Müəllif:

Oxşar xəbərlər