Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan bu yaxınlarda istefaya gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr Arutyunyanın istefasının yaxın günlərdə baş verəcəyini, bundan sonra “erkən seçkilər”in keçiriləcəyini yazıb.
Araikin “mətbuat katibi” Lusina Avanesyan isə bu iddianı təkzib edib.