Türkiyə Müdafiə Nazirliyi Xocalı Soyqırımı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi Feysbuk səhifəsində bildirilib.
“30 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlı - türk qardaşlarımızı unutmadıq, unutmayacağıq! Tarixə qara ləkə atanları lənətləyir, ağrısını qəlbimizdə daşıdığımız şəhidlərimizə Allahdan rəhmət diləyirik”, - məlumatda qeyd edilib.