"SOCAR Energy Ukraine" Ukraynada təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq verəcək.
Teleqraf.com xəbər verir ki, SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov feysbuk səhifəsində yazıb.
“Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək”, - paylaşımda deyilir.