Müəyyən əsaslar yaranarsa, Rusiya nüvə silahına əl ata bilər.
Teleqraf.com xəbər verir ki, Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev ölkəsinin nüvə silahına əl ata biləcəyi bir neçə durumu açıqlayıb.
Birincisi, nüvə silahından istifadə etməklə Rusiyaya qarşı raket zərbələrinin endirildiyi vəziyyətdir.
İkincisi, Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı istənilən nüvə silahının tətbiqidir.
Üçüncü hal Rusiyanın nüvə müdafiəsini təşkil edən mühüm infrastruktura müdaxilədir.
Dördüncüsü, xarici təcavüz nəticəsində nüvə silahından istifadə etmədən də Rusiyanın mövcuduluğunun təhlükə altına düşməsidir. Söhbət adi silahlardan gedir.