10 May 2022 22:00
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada müraciətində deyib.

“Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim.

Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır”, - dövlət başçısı qeyd edib.


Müəllif: Teleqraf.com