27 May 2022 18:57
5 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan məhkumlardan biri də Şəmsi Səmədzadədir.

Teleqraf.com xatırladır ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. İndiki Göygol rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin keçmiş baş prokuror Zakir Qaralovla münasibətləri yaxşı olmayıb.

Z.Qaralov Gəncənin prokuroru olduğu zaman Şəmsi Səmədzadə ilə münasibətləri pisləşib.

Qaralovun Baş prokur təyin ediləndən sonra iş adamı həbs edilib və ona CM-nin bir neçə maddəsi ilə cinayət işi açılıb və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Səmədzadə Şəmsi Səməd oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər