29 Noyabr 2014 23:13
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ermənilərin Qərbi Azərbaycanda (İrəvan mahalı) türklərə qarşı 100 il ərzində apardıqları etnik təmizləmə və soyqırım siyasəti 1988-ci ildə başa çatdı. Qərbi Azərbaycan yerli türklərdən təmizləndi və burada monoetnik Ermənistan dövləti quruldu. Azərbaycan-Ermənistan müharibəsində Azərbaycanın məglub olması və 20 faiz torpaqlarının işgalı müvəqqəti olaraq Qərbi Azərbaycan probleminin qabardılmasını “arxa plana” saldı.

Ermənilər 2015-ci ildə “Erməni Soyqırımı”nın 100 illiyinə hazırlaşırlar. Məqsəd Qarabag danışıqlarının Ermənistanın xeyrinə getməsinə nail olmaq, Naxçıvan, Qars-İqdır bölgəsinin Ermənistana birləşdirilməsinin beynəlxalq ictimai rəydə ilkin zəminini hazırlamaq və bu ərazilərin gələcəkdə işgal edilməsi üçün ikinci cəbhəni açmaqdır. Ermənilərin bu siyasətinə alternativ siyasət müəyyənləşdirmək məqsədilə Ermənistandan etnik təmizləməyə məruz qalmış türklərin Ermənistana qayıdış hərəkatını gücləndirmək, Qərbi Azərbaycan problemini gündəmə gətirmək vacibdir. Bu məqsədlə:

1. Hökümətin Qərbi Azərbaycan probleminin həlli ilə baglı siyasi-hərbi-strateji proqramı olmalıdır. Bu proqramda - Qərbi Azərbaycanın tarixi türk torpagı olması; yerli türklərin rus-erməni birləşməsi tərəfindən etnik təmizləmə və soyqırıma ugradılması nəticəsində Ermənistan dövlətinin qurulması; bu torpaqların yenidən Azərbaycana birləşdirilməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıdışı məsələləri öz əksini tapmalıdır. Qərbi Azərbaycanın erməni işgalından azad edilməsi və Azərbaycana birləşdirilməsi zərurəti dünya ictimai rəyində qəbul etdirilməlidir. Bu məqsədlə AMEA, DAK, Diaspor Komitəsi, media, QHT strukturları səfərbər olunmalıdır. AMEA bu mübarizənin elmi təbligat-təşviqat işini yerinə yetirməlidir.

2. Qərbi Azərbaycan problemi ilə baglı xüsusi informasiya siyasəti hazırlanmalı, tədqiqatçılar, jurnalistlər səfərbər olunaraq, bu siyasəti həyata keçirməlidirlər.

3. Qərbi Azərbaycan probleminin beynəlxalq problemə çevrilməsinə nail olunmalıdır. Bu məqsədlə dövlət səviyyəsində ABŞ, Avropa, Rusiya, Yaponiya. Hindistan və s. ölkələrdə beynəlxalq elmi-siyasi konfranslar keçirilməli, dünyadakı bütün Azərbaycanşünas, Ermənişünas alimlərin, tədqiqatçıların, jurnalistlərin, diplomatların, millət vəkillərinin, yazarların, rəssamların konfransa qatılmaları təmin olunmalı, ermənilərin Qərbi Azərbaycanı işğal etdikləri sübuta yetirilməlidir.

4. Beynəlxalq təşkilatlarda - BMT, Avropa Şurası, İKT, GÜAM, Avropa Parlamenti, müxtəlif ölkələrin parlamentlərində, ABŞ Konqresində Qərbi Azərbaycanla baglı dinləmələr, müzakirələr təşkil edilməlidir.

5.Qərbi Azərbaycan Mühacir Höküməti yaradılmalı, bu hökümət problemlə baglı beynəlxalq müzakirələr aparmalı, Qərbi Azərbaycana Qayıdış Hərəkatına rəhbərlik etməlidir.

6.Qərbi Azərbaycanlılar təşkilatlanmalı,bu təşkilatlar arasında əlaqələndirmə şurası yaranmalı,vahid strateji xətt müəyyən olunmalıdır.

7. “Qərbi Azərbaycan” informasiya agentliyi və televiziyası fəaliyyət göstərməlidir.

8.Əslən Qərbi Azərbaycandan olan Ermənistan vətəndaşları siyahıya alınmalı, onların Ermənistana ərazi iddiası irəli sürmələri təmin edilməlidir.

9.Ermənistan vətəndaşları olan türklər Ermənistana qayıtmalı, Ermənistanda öz partiyalarını, parlament fraksiyalarını, mediasını qurmalıdırlar. Ermənistan iki dilli (türk-erməni), iki xalqlı dövlətə çevrilməlidir.

10.Qarabagla baglı gedən beynəlxalq danışıqlarda Qərbi Azərbaycanlılar tərəf kimi iştirak etməli, Qarabağda ermənilərə hansı status veriləcəksə, Ermənistanda azərbaycanlılara da həmin statusun verilməsi təmin edilməlidir.

11.Qərbi Azərbaycan probleminin həllində 1919-cu ildə Paris Sülh Konfransında Əlimərdan bəy Topçubaşovun təqdim etdiyi MEMORANDUM hüquqi sənəd kimi, əsas götürülməlidir.

Tarixdə bir çox xalqlar müharibədə uduzmuş, torpaqlarını, dövlətlərini itirmişlər. Lakin yenidən güclənərək, səfərbər olunaraq işgal olunmuş torpaqlarını geri qaytarmışlar. Ardıcıl, məqsədyönlü, planlı fəaliyyət göstərsək, Qərbi Azərbaycan mütləq bir gün Bütöv Azərbaycana birləşəcək. Əsas odur ki, orada - o torpaqlarda bu birləşməni təmin edən türk olsun, türk yaşasın.

Yasəmən QARAQOYUNLU


Müəllif:

Oxşar xəbərlər