26 İyun 2022 14:05
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Y.Topçu telekonfrans vasitəsilə edilən çıxışında deyib.

"Azərbaycanın müzəffər ordusunun 26 İyun - Silahlı Qüvvələr Günü mübarək olsun.

Biz Azərbaycan və Ermənistanın sülh addımlarını dəstəkləyirik və regionun təhlükəsizliyi və rifahı naminə hər sahədə həmrəyliyimizi möhkəmləndirməyə davam edirik", - deyə Y.Topçu bildirib.


Müəllif: Teleqraf.com