4 Dekabr 2014 16:47
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Şahin Rzayev öz fəaliyyətləri ilə bağlı açıqlamasında gördükləri iş barədə yalnız Böyük Britaniyaya hesabat verdiklərini demişdi.

Bu açıqlama Azərbaycanın bir çox QHT rəhbərlərində etiraz doğurmuş və onlar bu açıqlamanı Azərbaycan qanunlarına qarşı hörmətsizlik kimi dəyərləndirmişdilər. Eyni zamanda vurğulamışdılar ki, Azərbaycan dövlətindən və cəmiyyətindən gizli həyata keçirilən layihələrə ayrılan pulların müvafiq istiqamət üzrə xərcləndiyi şübhə altındadır.

Onu da qeyd edək ki, bu təşkilatın layihəsi kimi fəaliyyət göstərən civil-forum.az saytı müxtəlif jurnalistlərlə əməkdaşlıq edir. Daha doğrusu, bu saytın texniki və yaradıcı heyəti mövcuddur, həmin əməkdaşlar orada maaşla çalışdığını vurğulayırlar.

Teleqraf.com-un apardığı araşdırmalar zamanı məlum olub ki, sözügedən internet saytı Səfərov Vüqar İlqar oğlu tərəfindən qeydiyyatdan keçib. Ancaq Vüqar Səfərovun İWPR-lə əməkdaşlıq etməyən, ümumiyyətlə ictimai-siyasi fəaliyyətdən kənar bir şəxs olması bəzi suallar doğurdu.

Adı çəkilən şəxslə telefon vasitəsilə söhbət zamanı o qeyd etdi ki, bu saytın rəhbəri deyil: “Mənim adımdan domen alınıb və biz bu saytın texniki işlərini həyata keçiririk, proqram təminatı bizdədir. Biz podratçı şirkətik. Sadəcə, domeni biz almışıq”.

Vüqar Səfərovun bu açıqlaması bir sıra suallar doğurur.

Qeyd olunduğu kimi civil-forum.az saytının redaktoru, əməkdaşları var. Bu halda, saytın təsisçisi onlarla əmək müqaviləsi bağlamalı, vergi ödəməli və bütövlükdə maliyyə məsələlərini qanuna müvafiq şəkildə həyata keçirməlidir. Ancaq şirkət nümayəndəsinin dedikləri bunu inkar edir. Onda belə nəticəyə gəlmək olar ki, IWPR fəaliyyətində növbəti qanunsuzluğa və fırıldağa imza atmış olur. Sadə bir şirkət işçisinin adından sayt açmaqla, vergidən, sosial ödənişlərdən və bütövlükdə daxil olan və xərclənən pulun hesabatı dövlətdən gizlədilir. IWPR-in Azərbaycan üzrə direktorunun da “ancaq Böyük Britaniyaya hesabat veririk” fikirləri saytla bağlı ortaya çıxan məqamları təsdiqləmiş olur.

AZAD


Müəllif:

Oxşar xəbərlər