"Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək".
Teleqraf.com xəbər verir ki, bunu İran səfir Seyid Abbas Musəvi Şuşada jurnalistlərə açıqlamasında deyib.
O bu il Tehranda keçiriləcək 3+3 platformasının növbəti iclasının da faydalı olacağını bildirib:
“Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”, - deyə o bildirib.