Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilir.
Teleqraf.com xəbər verir ki, hər iki şəxs torpağa tapşırılmaq üçün Qobustan rayonunun Sündü kənd qəbiristanlığına aparılır.
Mərasimdə ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak edirlər.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu V.Qocayevin atası A.Qocayev ürəktutmadan dünyasını dəyişib.
Belə ki, V.Qocayevin nəşini gətirmək üçün Gəncəyə yollanan A.Qocayev oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.
Allah rəhmət eləsin!