“Azərbaycanla üçüncü müharibə Ermənistana baha başa gələ bilər”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert Ermənistanın Azərbaycana qarşı təxribatçı addımlarından sonra İrəvanda baş verənlərə diqqət çəkib:
“Ermənistanda gecə saatlarında baş verən hadisələr çevriliş cəhdi idi. Paşinyan vəziyyətin gərginləşməsindən sonra naməlum bunkerə sığındı.
Paşinyana qarşı “məhkəmə” qurmaq məqsədilə minlərlə insan kütləsi İrəvanın mərkəzində toplaşdı. Ermənistanın baş nazirinin hansında gizləndiyini öyrənmək üçün xarici səfirliklərə hücum etməyə təşviq çağırışları da oldu. Təxribatçı və talançı dəstələr də izdihama qarışmışdı.
Paşinyanın yeganə günahı Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyidir”.
Korotçenko Baş nazir Nikol Paşinyanın devrilməsinin Ermənistana baha başa gələ biləcəyini iddia edib.
“Yaxşı, ermənilər Paşinyanı devirdilər, bəs sonra nə olacaq? Azərbaycanla üçüncü müharibəyə başlamağa çalışacaqlar. Nəticəsi yeni məğlubiyyət və ərazilərinin ən azı üçdə birinin itirilməsi olacaq.
Ermənistan ya Prezident İlham Əliyevin təklif etdiyi beş prinsipə əsaslanaraq Azərbaycanla sülh müqaviləsi imzalayacaq, ya da Ermənistan xaosa sürüklənəcək, dövlətçiliyin itirilməsi ilə üzləşəcək və dünyanın siyasi xəritəsindən yoxa çıxacaq”.