18 Sentyabr 2022 18:54
2 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.

Qeyd edək ki, bu gün Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Yayılan görüntülərdən aydın olur ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər