Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində keçiriləcək Ərəb Dövlətləri Liqasının sammitinə fəxri qonaq kimi dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
Açıqlamaya görə, BMT Baş Assambleyasının sammiti üçün Nyu-Yorkda səfərdə olan Əlcəzair xarici işlər naziri Ramtan Lamamran azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Açıqlamada Prezident Təbbun Qoşulmama Hərəkatının hazırkı rəhbəri kimi Azərbaycan Prezidenti İlham Əliyevi fəxri qonaq qismində noyabrda Əlcəzairdə keçiriləcək Ərəb Liqasının zirvə toplantısında iştirak etməyə dəvət etdiyi bildirilib.
Nazir Lamamranın Prezident Təbbunun dəvət məktubunu azərbaycanlı həmkarı Bayramova verdiyi bildirilən açıqlamada iki nazirin beynəlxalq gərginlikdə Qoşulmama Hərəkatının rolunun aktivləşdirilməsi ilə bağlı fikir mübadiləsi apardıqları qeyd edilib.