Ermənistana gələn Yunanıstan xarici işlər naziri Nikos Dendias Azərbaycana qarşı həddini aşan açıqlama verib.
Teleqraf.com xəbər verir ki, sərt anti-türk və ermənipərəst mövqeyi ilə seçilən nazir Azərbaycanın Ermənistanın “suveren ərazisinə təcavüz”də ittiham edib.
“Dürüst olacağam. Yunanıstan dəfələrlə vurğulayıb ki, biz bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik və bu, təbii ki, Ermənistana da aiddir. Biz sərhədlərin toxunulmazlığına inanırıq. Bir neçə gün əvvəl Ermənistan ərazisi Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutulanda baş verənlər sülh danışıqlarına ziddir. Mən Makronun bir gün əvvəl dediyi sözləri sitat gətirmək istəyirəm və baş verənləri pisləyirəm”, - Dendias bildirib.
Yunan nazir İrəvana səfəri çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşüb.