28 Sentyabr 2022 12:00
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Azərbaycan əleyhinə skandal qətnamə təqdim edib.

Teleqraf.com xəbər verir ki, ermənipərəst mövqeyi ilə seçilən və ABŞ-dakı “Erməni Milli Komitəsi” (ANCA) adlı qurumdan maliyyələşən senator Azərbaycanı “təcavüz”də ittiham edir.

Menendez bədnam qətnamədə Prezident Co Baydeni Azərbaycana “Maqnitski Aktı”na uyğun olaraq sanksiya tətbiq etməyə çağırır. Həmçinin Dövlət Departamentinə ABŞ-ın Azərbaycana yardımını nəzərdən keçirmək üçün müraciət edir.

Öz qondarma ittihamlarında bir az da irəli gedən ermənipərəst Menendez Azərbaycanı "Ermənistan ərazisinə hücumda və mülki infrastrukturu atəşə tutmaqda" günahlandırır.

Qətnamə digər ermənipərəst senator Marko Rubio ilə birgə təqdim olunub.

Sənəd Menendezin dövlət katibi Entoni Blinkenə yazdığı məktubun ardınca açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər