“Üzbəüz görüşlər həmişə telefon danışıqlarından daha təsirli olur. Bu, Türkiyə prezidenti ilə Ermənistanın baş naziri arasında gözlənilən danışıqlara aiddir”.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS Ankaradakı diplomatik mənbəyə istinadən yazır.
Mənbənin sözlərinə görə, Praqada həm Ankara arasında münasibətlərin nizamlanması, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması baxımından irəliləyiş əldə oluna bilər.
Çexiyanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək. Bundan başqa, Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.