6 Oktyabr 2022 17:56
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya təhlükəli vəziyyətə gətirib çıxara biləcək geosiyasi intriqaların əleyhinədir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivinə Moskvanın münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.

“Rusiya başa düşür ki, geosiyasət müəyyən oyun və yayınma elementlərini ehtiva edir. Amma biz hər zaman nəzərəçarpacaq nəticələrə gətirib çıxaran səyləri dəstəkləməyə hazırıq. Qərbin sülh müqaviləsinə yanaşmasına gəlincə, məncə, bu çox da balanslı deyil. Bəzi Qərb vasitəçiləri isə ümumiyyətlə sülh vasitəçiləri adlandırıla bilməz”, - o qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər