“Qərb 44 günlük müharibədə Azərbaycana qarşı Ermənistana kömək etmədi, indi də etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənisanın Respublika partiyası sədrinin müavini Eduard Şarmazanov deyib.
Baş nazir Nikol Paşinyanın “yanlış yol”da olduğunu iddia edən Şarmazanov Rusiyanın arxasınca oyun oynamağın Ermənistana yaxşı heç nə vəd etmədiyini söyləyib:
“Düz iki il əvvəl müharibənin qızğın vaxtında Nikol Paşinyanla danışdım. Bildirdi ki, vəziyyət pisdir. Ondan soruşdum ki, müharibəni kim dayandıra bilər? Dedi ki, ABŞ-ın başı seçkilərə qarışıb, Fransa Rusiya və Türkiyəyə təsir edəcək gücdə deyil. Cavab verdim ki, get, müttəfiqimizdən (Rusiya) müharibəni dayandırmasını xahiş et. Amma bu işə yaramadı. Oktyabrın 19-da Putinin təklifinə qulaq asmadı.
NATO, Avropa İttifaqı və Qərb 2020-ci ildə bizə kömək edə bilmədilər, indi də kömək etməyəcəklər. Qərbin məqsədi Nikolun əli ilə rusları bölgədən çıxarmaqdır. Rusiyanın arxasınca oyun oynamaq dövlət maraqlarımıza uyğun deyil”.