15 Oktyabr 2022 13:52
11 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ istənilən ölkənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlmiş səylərini alqışlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.

Patel jurnalistin Rusiyanın Qərbin vasitəçiliyi ilə iki ölkə arasında davam edən normallaşma prosesini təhlükə altına sala biləcəyindən ABŞ-ın çəkinib-çəkinməməsi ilə bağlı sualına belə cavab verib:

“ABŞ istənilən ölkənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlmiş səylərini alqışlayacaq. Amma biz sizin dediyiniz Rusiyanın belə səylərini görməmişik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər