Oktyabrın 23-də ATƏT-in “faktaraşdırıcı missiya”sının üzvləri Ermənistanın Sünik vilayətində (Zəngəzur – red.) olublar.
Teleqraf.com xəbər verir ki, ATƏT nümayəndələri ilə görüş və müzakirələrdə Ermənistanın Əlahiddə Ordu Korpusunun komandanı general-mayor Artak Budaqyan və vilayətin rəsmi şəxsləri iştirak ediblər.
Ermənistan rəsmiləri tərəfindən ATƏT nümayəndələrinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı “məlumat” verilib.
Avropalı nümayəndələr Ermənistanın sərhəd kəndlərinə də baş çəkiblər.