Fransanın Azərbaycandakı səfiri Zakari Qross iranlı gənclərin dünyəviliyə can atdıqları ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, bu barədə diplomat “Twitter“ səhifəsində yazıb.
“Hazırda yaxşı xəbər budur ki, iranlı gənclər dünyəviliyə can atdıqlarını açıq şəkildə ifadə edirlər, buna şübhə yoxdur. Bu, onların öz seçimidir. Ən vacibi isə bu, avropalıların paylaşdığı seçimdir. Bu, həm də avropalılarla azərbaycanlıları birləşdirən seçimdir”,- deyə paylaşımda bildirilib.