Molla rejiminə qarşı etirazların davam etdiyi Güney Azərbaycanda milli fəallar yeni aksiyaya başlayıblar.
Teleqraf.com xəbər verir ki, Ərdəbil, Təbriz, Urmiya və s. kimi tarixi Azərbaycan şəhərlərində divarlara Prezident İlham Əliyevin fotoları asılır.
Prezident Əliyevin divarlara asılmış fotolarının üzərində “Güney Azərbaycan arxanızdadır, cənab prezident!” şüarı yazılıb.
Ötən günlərdə yenə Güney Azərbaycanın şəhərlərində Prezident Əliyevlə bağlı keçirilmiş başqa bir aksiya diqqət çəkmişdi. İlham Əliyevin fotolarını küçələrdən asan milli fəallar “Güney Azərbaycan Prezidenti” şüarını da divarlara həkk etmişdilər.
Ötən həftə sosial şəbəkələrdə yayılmış həmin foto: