4 Noyabr 2022 14:09
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Nəbilə Məsrəli noyabrın 3-də Brüsseldə Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclası ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Aİ rəsmisi iki ölkə arasındakı müzakirələri yüksək qiymətləndirib.

“Brüsseldə Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının üçüncü iclası keçirilib. Görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən yüksək səviyyəli görüşləri zamanı əldə olunmuş razılaşmalardan sonra baş tutub. Avropa İttifaqı görüşün keçirildiyi konstruktiv atmosferi və tərəflərin sərhəd məsələlərinin həlli, eləcə də təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması istiqamətində işi davam etdirmək istəyini yüksək qiymətləndirir”, - Nəbilə Məsrəli deyib.

Qeyd edək ki, iclas dünən Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər