Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezidentin Tvitter hesabında paylaşım edilib.
“Dastan olacaq bir mücadilənin verildiyi 44 günün ardından Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq”, - paylaşımda deyilir.